Rusiyada “Apple” üçün SON SAATLAR: Rəqəmsal İnkişaf Nazirliyi rəsmi ŞİKAYƏT VERDİbackend

Rusiyada “Apple” üçün SON SAATLAR: Rəqəmsal İnkişaf Nazirliyi rəsmi ŞİKAYƏT VERDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada “Apple” məhsulları bu gecədən etibarən tamamilə bloklana bilər.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Rusiyanın Rəqəmsal İnkişaf Nazirliyi “Apple” şirkətindən Federal Antiinhisar Xidmətinə (FAS) rəsmi şikayət ünvanlayıb.

Nazirlik texnologiya nəhəngini Rusiyanın yerli tətbiqlər mağazasının (RuStore) cihazlara əvvəlcədən quraşdırılması və standart axtarış sisteminin seçilməsi barədə qanunvericiliyin tələblərinə əməl etməməkdə ittiham edir.

Bildirilir ki, bu səbəbdən “Apple” şirkətinin və onun xidmətlərinin fəaliyyəti bu gecədən etibarən Rusiya ərazisində tamamilə qadağan oluna bilər.

Xuraman Etibarlı

İnterpress.az