Zəhərli borşevik otuna qarşı QEYRİ-ADİ MÜBARİZƏ: Ultrabənövşəyi lampalarla MƏHV EDİLƏCƏKbackend

Zəhərli borşevik otuna qarşı QEYRİ-ADİ MÜBARİZƏ: Ultrabənövşəyi lampalarla MƏHV EDİLƏCƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəstəxana lampaları ilə zəhərli otları yandıran alimlərin sınaqları uğurlu olub.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Alimlər təbiətdə sürətlə yayılan və insan dərisində ağır kimyəvi yanıqlar yaradan zəhərli borşevik otunun yayılma sahəsini azaltmaq üçün olduqca maraqlı və fərqli bir üsul tapıblar.

Yeni layihəyə əsasən, zəhərli ot sahələri gecə saatlarında ultrabənövşəyi (UV) lampalarla şüalandırılaraq məhv ediləcək. Zəhərli kolluqların aşkarlanması üçün isə xüsusi pilotsuz uçuş aparatlarından (dronlardan) istifadə olunacaq.

Mütəxəssislər izah edirlər ki, bitkilərin və insanların bioloji ritmləri oxşardır – onlar gündüzlər böyüyür, gecələr isə dincələrək güc toplayırlar.

İxtiraçılar bu zərərverici otun gecə vaxtı normal bərpa olunmasına imkan verməyəcəklər. Gecə saatlarında kollara yönəldilən güclü ultrabənövşəyi şüalar bitkinin təbii inkişaf rejimini tamamilə pozacaq. Nəticədə təhlükəli bitki normal çiçək açaraq toxum verə bilməyəcək.

Sınaqlar aparmaq üçün tədqiqatçılar xəstəxanalardan istifadə müddəti bitmiş və ya istifadədən silinmiş ultrabənövşəyi lampaları satın alıblar və sınaqlar olduqca uğurlu nəticələnib.

Yeni işıqlandırma komplekslərinin yaşayış məntəqələrinin ətrafında, yolların kənarında və zəhərli otların ən çox yayıldığı sahələrdə quraşdırılması planlaşdırılır.

Bu üsulla borşevik otu yeni əraziləri basmayacaq və yoluxmuş torpaqlarda tədricən tamamilə məhv olaraq yoxa çıxacaq.

Xuraman Etibarlı

İnterpress.az