“GTA VI” sevərlərə ŞAD XƏBƏR: Oyun rəsmi disklərdə SATIŞA ÇIXARILACAQbackend

“GTA VI” sevərlərə ŞAD XƏBƏR: Oyun rəsmi disklərdə SATIŞA ÇIXARILACAQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“GTA VI” oyunu fiziki disklərdə satışa çıxarılacaq.

İnterpress.az xəbər verir ki, bu barədə “IGN” texnologiya portalı məlumat yayıb.

Dünyanın ən çox gözlənilən oyunlarından olan “Grand Theft Auto VI” (“GTA VI”) rəsmi çıxışından sonra fiziki daşıyıcılarda (disklərdə) da satılacaq.

Tərtibatçıların qərarına əsasən, oyuna aid ssenari və detalların vaxtından əvvəl internetə sızmasının qarşısını almaq üçün fiziki disklər rəsmi rəqəmsal relizdən bir neçə ay sonra mağazalara göndəriləcək.

İlk fiziki ön sifarişlər isə xüsusi qutularda təqdim olunacaq. Həmin qutuların daxilində disk əvəzinə oyunu rəqəmsal platformalardan yükləmək üçün xüsusi rəqəmsal aktivasiya kodu yer alacaq.

Analitiklər bu addımın həm təhlükəsizlik, həm də logistika baxımından oyun sənayesində yeni bir tendensiya yaradacağını qeyd edirlər.

Xuraman Etibarlı

İnterpress.az