Almaniyada Bundestaqa seçkilərin 5 ildə bir dəfə keçirilməsi təklif olunub.
İnterpress.az xəbər verir ki, bu barədə “Die Zeit” qəzeti məlumat yayıb.
Almaniyada mühafizəkar Xristian-Demokrat İttifaqı (XDİ) və sol-mərkəzçi “Yaşıllar” partiyalarının rəhbər şəxsləri qəfildən Bundestaqın (federal parlamentin) səlahiyyət müddətinin dörd ildən beş ilə qədər uzadılmasını təklif ediblər.
Bundestaqın vitse-prezidenti Omid Nuripur və Baden-Vürtemberq landtaqının (yerli parlamentinin) sədri Tomas Ştrobl birgə müsahibələrində bu məsələ ilə bağlı mühüm bəyanatlar veriblər.
Onun sözlərinə görə, müddətin uzadılması daxili siyasi debatların gərgin və sürətli tempini azaltmağa kömək edərdi.
Nuripur da bu ideyanı dəstəkləyərək, bunun ölkədəki demokratik mədəniyyət üçün olduqca faydalı olacağını vurğulayıb.
Bununla belə, təklif müəllifləri arasında bəzi fikir ayrılıqları da mövcuddur.
Rəsmi qanunvericiliyə görə, Bundestaqın səlahiyyət müddətinin uzadılması üçün ölkənin Əsas Qanununa (Konstitusiyasına) dəyişiklik edilməlidir.
Bunun üçün isə həm Bundestaqda, həm də federal şura olan Bundesratda səslərin üçdə iki (2/3) çoxluğunun toplanması tələb olunur.
Xuraman Etibarlı
İnterpress.az






