Məşhur rusiyalı aktrisa Mariya Poroşina təcili olaraq reanimasiyaya yerləşdirilib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Rusiyanın tanınmış teatr və kino aktrisası Mariya Poroşina tranzitor işemik atak (keçici beyin qan dövranı pozğunluğu) diaqnozu ilə təcili olaraq xəstəxanaya yerləşdirilib.
52 yaşlı sənətçinin vəziyyəti dünən qəfildən pisləşib və hazırda o, həkimlərin ciddi nəzarəti altındadır.
Məlumata görə, Poroşina uzun müddətdir qalxanabənzər vəzi və arterial qan təzyiqi problemlərindən əziyyət çəkir. Onun kəskin pisləşən səhhəti təcili tibbi müdaxilə tələb edib.
Mariya Poroşina iyunun 29-da Moskva Estrada Teatrının səhnəsində “Ər axtarıram” tamaşasında baş rolda çıxış etməli idi. Lakin aktrisanın xəstəxanaya yerləşdirilməsindən sonra səhnə əsərinin onun iştirakı ilə baş tutub-tutmayacağı hələlik məlum deyil.
Poroşina postsovet məkanında böyük populyarlıq qazanmış “Briqada”, “Gecə gözətçisi” (Noçnoy dozor) və “Dördüncü arzu” kimi məşhur film və seriallardakı rolları ilə tanınır. Hazırda sənətçinin müalicəsi davam etdirilir.
Xuraman Etibarlı
İnterpress.az






