Rusiyada “Boeing 737-800” zolaqdan KƏNARA ÇIXDI – 179 nəfər TƏXLİYƏ EDİLDİ – VİDEObackend

Rusiyada “Boeing 737-800” zolaqdan KƏNARA ÇIXDI – 179 nəfər TƏXLİYƏ EDİLDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yakutiyada “S7” aviaşirkətinin “Boeing” sərnişin təyyarəsi uçuş-eniş zolağından kənara çıxıb.

İnterpress.az xəbər verir ki, bu barədə “TASS” agentliyi məlumat yayıb.

Rusiyanın Yakutiya (Saxa) Respublikasının Mirnı şəhər hava limanında Novosibirskdən gələn “S7 Airlines” aviaşirkətinə məxsus “Boeing 737-800” sərnişin təyyarəsi eniş edərkən uçuş-eniş zolağından kənara çıxıb.

Hadisə zamanı təyyarənin göyərtəsində 173 sərnişin və 6 heyət üzvü olmaqla, ümumilikdə 179 nəfər olub.

Xoşbəxtlikdən, hadisə nəticəsində xəsarət alan olmayıb, bütün sərnişinlər və heyət üzvləri avtotrap (nərdivan) vasitəsilə təyyarədən təhlükəsiz şəkildə təxliyə ediliblər.

İnsidentdən sonra təyyarənin uçuş-eniş zolağından çıxarılması və təxliyə işlərinin aparılması məqsədilə Mirnı hava limanının qəbul və uçuş fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.

“Rosaviasiya” baş vermiş bu hadisəni rəsmən “ciddi aviasiya insidenti” kimi təsnif edib.

Hadisənin səbəblərini və təfərrüatlarını araşdırmaq üçün xüsusi komissiya yaradılıb. Aviaşirkətin daxili qaydalarına uyğun olaraq, araşdırmalar tam başa çatana qədər həmin təyyarənin pilotları və ekipaj üzvləri müvəqqəti olaraq uçuş fəaliyyətindən uzaqlaşdırılıb.

Eyni zamanda nəqliyyat prokurorluğu tərəfindən uçuş təhlükəsizliyi qaydalarının pozulması maddəsi ilə rəsmi yoxlamalar davam etdirilir.

Xuraman Etibarlı

İnterpress.az