Qazaxıstandan gətirilən maşınlar rusiyalıları BORC TƏLƏSİNƏ SALDI: Gömrükçülərin ŞOK TƏLƏBLƏRİbackend

Qazaxıstandan gətirilən maşınlar rusiyalıları BORC TƏLƏSİNƏ SALDI: Gömrükçülərin ŞOK TƏLƏBLƏRİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstanın avtomobillərini alan rusiyalılar borc tələsinə düşüblər.

İnterpress.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Qazaxıstandan idxal edilən avtomobilləri satın alan Rusiya vətəndaşları ciddi maliyyə böhranı və borc tələsi ilə üzləşiblər.

Alıcılar avtomobil əldə edərkən dövlətə 300 mindən 800 min rubla qədər (təxminən 6 913 – 18 435 manat) utilizasiya rüsumu ödəyiblər. Lakin il yarım keçdikdən sonra Federal Gömrük Xidməti kütləvi şəkildə vətəndaşlara 1 milyondan 4 milyon rubla qədər (təxminən 23 044 – 92 176 manat) əlavə ödəniş tələb edən rəsmi bildirişlər göndərməyə başlayıb.

Məlum olub ki, gömrük orqanları uzun müddət kommersiya utilizasiya rüsumunu problemsiz qəbul edib və sənədləri rəsmiləşdirib. Lakin sonradan gömrük təcrübəsinə qəfil dəyişiklik edilib.

Bəlli olub ki, sözügedən avtomobillər Qazaxıstanda yalnız iri detalların yığılması mərhələsindən keçib, yəni Avrasiya İqtisadi İttifaqının (Aİİ) yerli məhsulu hesab olunmur.

İndi gömrük xidməti alıcılardan gömrük rüsumu fərqini, idxal rüsumlarını, ƏDV-ni və gecikməyə görə dərhal yüz minlərlə rubl həcmində dəbbə pulunun (peni) ödənilməsini tələb edir.

Bütün rəsmi sənədlərdə avtomobilin istehsalçı ölkəsi kimi rəsmən Qazaxıstanın göstərilməsinə baxmayaraq, alıcılar hazırda əmlaklarının həbs edilməsi və maşınların texniki pasportlarının ləğv edilməsi təhlükəsi ilə qarşılaşıblar.

Rusiya Baş Prokurorluğu yaranmış bu nəhəng maliyyə yükünün gömrük orqanlarının özlərinin buraxdığı ciddi səhvlər ucbatından baş verdiyini etiraf edib və qanunsuz dəbbə pullarının hesablanmasını ləğv edib.

Lakin buna baxmayaraq, sadə vətəndaşlardan tələb olunan milyonlarla rublluq əsas gömrük rüsumu borclarının ləğv edilməsi hələlik nəzərdə tutulmur.

Xuraman Etibarlı

İnterpress.az