Qanada TƏBİİ FƏLAKƏT: Güclü daşqınlar paytaxtda 12 can aldı, ordunun köməyi TƏLƏB OLUNDU – VİDEObackend

Qanada TƏBİİ FƏLAKƏT: Güclü daşqınlar paytaxtda 12 can aldı, ordunun köməyi TƏLƏB OLUNDU – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qanada güclü leysan yağışları fəlakətə yol açıb.

İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Qananın paytaxtı Akkra şəhərində günlərdir davam edən güclü leysan yağışları irimiqyaslı daşqınlara və sürüşmələrə səbəb olub.

Ölkənin Daxili İşlər Nazirliyinə və Milli Yanğınsöndürmə Xidmətinə istinadən verilən rəsmi məlumata görə, təbii fəlakət nəticəsində azı 12 nəfər faciəvi şəkildə həyatını itirib.

Həlak olanlar arasında bir azyaşlı uşaq da var. Qeyd olunur ki, güclü sel suları ana və onun körpəsini çay yatağına axıdaraq boğub.

Hadisə yerinə dərhal xilasetmə briqadaları cəlb olunub. Yanğınsöndürənlər və xilasedicilər su altında qalan evlərdən və binalardan 470-dən çox insanı sağ-salamat çıxarmağı bacarıblar.

Ölkə Prezidenti Con Mahama təbii fəlakətlə əlaqədar fövqəladə iclas çağırıb və zərərçəkənlərə təcili yardım göstərilməsi, həmçinin fəsadların aradan qaldırılması üçün dövlət büdcəsinin ehtiyat fondundan 300 milyon sedi (təxminən 45 milyon 900 min manat) məbləğində vəsait ayırıb.

O, həmçinin ordu və polis qüvvələrini xilasetmə işlərinə dəstək vermək üçün səfərbər edib. Sinoptiklərin məlumatına görə, paytaxt Akkrada sutka ərzində 140 millimetr yağıntı düşüb ki, bu da son illərin ən yüksək göstəricisidir.

Qonşu Kot-d’İvuarda da bənzər leysan yağışları nəticəsində təxminən 20 nəfərin vəfat etdiyi bildirilir.

Xuraman Etibarlı

İnterpress.az