Eldar Mahmudov öldü?backend

Eldar Mahmudov öldü?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun ölüm xəbəri yayılıb. Bəzi saytlarda yer alan məlumata görə, E.Mahmudovun yaşadığı bağ evində üstünə təcili tibbi yardım gəlib.

İddiya görə, yaxınları həbs edildikdən sonra hər gün qorxu-stress içində yaşayan sabiq nazir içki aludəçisinə çevrilib. Nəticədə onun ürəyi ilə bağlı problemləri yaranıb. Nəticədə o, ürəktutmasından vəfat edib. Ona ilkin tibbi yardım göstərilsə də onu xilas etmək mümkün olmayıb.

Təcili tibbi yardım stansiyasından verilən məlumata görə, onlara bu barədə müraciət daxil olmayıb.

Prezident İlham Əliyev ötən il oktyabrın 17-də Eldar Mahmudovun milli təhlükəsizlik naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Eldar Mahmudov vəzifəsindən azad edildikdən sonra Milli Təhlükəsizlik Nazirliyində həbslər başladı. Xüsusi Dövlət Mühafizə Xidmətinin və Baş Prokurorluğun birgə əməliyyat qurupu MTN-də bir neçə yüksək rütbəli şəxsləri saxlayıb.

Bir neçə ay öncə MTN ləğv edildi və onun əsasında Dövlət Təhlükəsizlik Xidməti yaradıldı. Xidmətin rəhbəri isə Mədət Quliyev təyin edilib.

İnterpress.az