Evli qadın sevgilisini turşu ilə yandırdıbackend

Evli qadın sevgilisini turşu ilə yandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pakistanda evli qadın onunla evlənmək istəməyən sevgilisinin üzərinə \”kislota\” töküb. Verilən məlumatına görə, artıq Pakistan polisi Monil Moi adlı qadını həbs edib.
Hadisə Pakistanın Multan şəhərində baş verib. Verilən məlumatına görə, 32 yaşlı qadın rəsmi olaraq evli olmasına rəğmən sevgilisi Sadakat Alinin onunla evlənəcəyi təqdirdə ərindən boşanacağını bildirib.

Polis hücuma məruz qalan Alinin hazırda Multan şəhər xəstəxanasına çatdırıldığını bildirib.
Pakistanda buna oxşar hadisələr adətən \”adət-ənənə cinayətləri\” başlığı altında qadınlara qarşı törədilir. Buna görə bu hadisə Pakistan cəmiyyəti üçün qeyri-adi hal hesab olunur.

İyunun əvvəlində isə Pakistanda 19 yaşlı bir qız evlilik təklifinə \”yox\” dediyi üçün dəhşətli şəkildə qətlə yetirilib.
Sevdiyi qızdan mənfi cavab alan oğlan əvvəlcə onu döyüb, sonra isə yandırıb. Əvvəl işlədiyi məktəbin müdirinin oğlunun təklifini rədd edən 19 yaşlı gənc müəllimə Maria Sadaqat müdir və onun dostlarının hücumuna məruz qalıb.

Təcili olaraq xəstəxanaya çatdırılan gənc qızın həyatını xilas etmək mümkün olmayıb. Hüquq-mühafizə orqanları bir qrup şəxsin gənc qızı döydüyünü, daha sonra üstünə benzin tökərək yandırdığını təsdiqləyib. (ans)

İnterpress.az