Rusiyada DƏHŞƏTLİ HADİSƏ: Sərnişin mikroavtobus sürücüsünün bıçaqla GÖZÜNÜ ÇIXARDI – VİDEObackend

Rusiyada DƏHŞƏTLİ HADİSƏ: Sərnişin mikroavtobus sürücüsünün bıçaqla GÖZÜNÜ ÇIXARDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Omskda marşrutda sürücünün gözünü bıçaqla çıxaran sərnişin həbs edilib.

İnterpress.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Rusiyanın Omsk şəhərində marşrut taksisində baş verən mübahisə dəhşətli cinayətlə nəticələnib. Sərnişin marşrut sürücüsünə bıçaqla hücum edərək onu bir gözündən məhrum edib.

Hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, nəqliyyat vasitəsinin daxilində sərnişin və sürücü arasında şifahi mübahisə başlayıb. Bu zaman qəzəblənən sərnişin qəfil bıçaq çıxararaq rəqibinin baş nahiyəsinə çoxsaylı zərbələr endirib, daha sonra isə hadisə yerindən qaçıb.

Ağır xəsarət alan sürücü təcili əməliyyat olunsa da, cərrahlar onun zədələnmiş gözünü bütövlükdə çıxarmaq məcburiyyətində qalıblar.

Polisin keçirdiyi operativ tədbirlər nəticəsində hücumu törədən şəxs saxlanılıb.

Maraqlıdır ki, şübhəli şəxs ilkin dindirilmə zamanı niyə saxlanıldığını bilmədiyini iddia edib: “Kiminləsə hansısa mübahisə idi də”, – deyə o bildirib.

Faktla bağlı “sağlamlığa qəsdən ağır zərər vurma” maddəsi ilə cinayət işi başlanıb və məhkəmənin qərarı ilə o, həbs edilib.

Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxs əvvəllər də başqasına bədən xəsarətləri yetirdiyinə görə cinayət məsuliyyətinə cəlb edilibmiş.

Xuraman Etibarlı

İnterpress.az