Donald Tramp ABŞ-nin 250 illik yubileyində atəşfəşanlıq üzrə dünya rekordunu qırmaq niyyətindədir.
İnterpress.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.
İyulun 4-ü, şənbə günü Vaşinqtonda ABŞ-nin yaradılmasının 250 illik yubileyi genişmiqyaslı şəkildə qeyd olunacaq. Bayram tədbirlərinin kulminasiya nöqtəsi möhtəşəm atəşfəşanlıq şousu olacaq.
Verilən məlumatlara görə, paytaxtın 10 fərqli nöqtəsindən səmaya rekord sayda – 850 000 pirotexniki mərmi buraxılacaq. Təqribən 40 dəqiqə davam edəcək bu şou ilə dünya rekordunun qırılması planlaşdırılır.
Hazırda Ginnesin Rekordlar Kitabına görə bu rekord 2016-cı ildə Filippində 810 000 atəşfəşanlıq mərmisinin buraxılması ilə qeydə alınıb.
ABŞ Prezidenti Donald Tramp bu möhtəşəm tədbir haqqında danışarkən bildirib: “Biz Amerika naminə tarixin ən möhtəşəm tədbirini keçirəcəyik”.
Lakin bir çox müxalif tənqidçilər prezidenti tarixi dövlət bayramını özünün şəxsi reklam kampaniyasına çevirməkdə kəskin ittiham edirlər.
Ağ Ev isə bütün təhlükəsizlik tədbirlərinin ən yüksək səviyyədə təşkil olunduğunu və qonaqları unudulmaz bir gecə gözlədiyini bəyan edib.
Xuraman Etibarlı
İnterpress.az






