Əl-Fəllucə İŞİD-dən azad edildibackend

Əl-Fəllucə İŞİD-dən azad edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu televiziya ilə xalqa müraciət edən İraq baş naziri Heydər əl-Abadi bəyan edib.

“Növbəti hədəfimiz Mosul şəhəridir. əl-Faluca isə yaxın saatlarda tamamilə terrorçulardan təmizlənəcək”, deyə H.əl-Abadi bildirib.

Qeyd edək ki, iyunun 17-də İraq ordusu əl-Faluca şəhərində hökumət binasının üzərinə ölkənin bayrağını sancıb.

Mayın 23-də İraq Silahlı Qüvvələri əl-Faluca şəhərini İŞİD terror qruplaşmasından azad etmək üçün genişmiqyaslı əməliyyata başlayıb. Əl-Anbar əyalətinin ən iri Əl-Faluca şəhəri 2014-cü ilin əvvəlindən İŞİD silahlılarının nəzarətində idi. ( apa )

İnterpress.az