Məlumata görə, hadisə ilə əlaqədar 52 yaşlı Birstall şəhər sakini Tomas Meyr Londonun Vestminster magistrat məhkəməsi qarşısında duracaq.
Co Koks ötən gün Birstall şəhərində qətlə yetirilib. Hücum şəhər kitabxanasının yaxınlığında, Koksun seçicilərlə görüş keçirdiyi zaman törədilib. Yaralı deputat helikopterlə xəstəxanaya çatdırılsa da, həkimlər onu xilas edə bilməyib.
Qeyd edək ki, İcma Palatasının deputatı Co Koks Böyük Britaniyanın Avropa İttifaqında qalmasının tərəfdarı idi. (apa.az)
İnterpress.az