İraqın federal polis qüvvələrinin rəisinin sözlərinə görə, İŞİD yaraqlılarının güclü müqaviməti ABŞ hava hücumunun yardımı ilə qırılıb və İŞİD-in şəhər mərkəzindən çıxarılması ilə simvolik qələbə əldə edilib.
“Hökümətin tərkib hissəsi olan binanın azad edilməsi şəhərdə dövlət hakimiyyətinin bərqərar olmasını simvolizə edir” – deyə o, əlavə edib.
İŞİD Fəllucanı 2014-cü ildə işğal etmişdi. Ötən ay ərzində davam edən şiddətli döyüşlər sayəsində İraq qüvvələri şəhərin yarısından çıxunu azad edə bilib. Qoşunlar şəhərə səhər saat 6 radələrində daxil olub və İŞİD yaraqlıları tərəfindən ciddi müqavimət ilə üzləşməyiblər. (musavat)
İnterpress.az