“Unibank”dan qansızlıq: qadın müştərini hədələyib, intihar həddinə çatdırıbbackend

“Unibank”dan qansızlıq: qadın müştərini hədələyib, intihar həddinə çatdırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə tanınmış jurnalist Ramal Hüseynov açıqlama verib. O, bildirib: \”Bankdan qadın müştəriyə deyirlər ki, indi 300 manat verməsən, 500 manat borc yazacağıq. Qadını son həddə çatdırıblar. Bu qədər qansızlıq hələ görməmişəm. Azərbaycanlıyıq biz yəni?\”

Tezis.az xəbər verir ki, jurnalist bu hadisə ilə bağlı banka zəng edib və məsələnin nə yerdə olduğunu müvafiq şəxslərə çatdırıb:

\”Əgər Bazar ertəsinə qədər məsələ bu vəziyyətdə davam etsə, bütün jurnalist dostlarımdan xahiş edəcəm ki, bu məsələni gündəmdə saxlasınlar. Bu gün o qadın, sabah isə bizim yaxınlarımız bu vəziyyətə düşə bilər\”.

Bankdan sorğuya cavab alan tanınmış jurnalist daha sonra bunları yazdı:

‎Unibank‬ dan zəng etdilər. Şəxsi fikrimi və düşüncəmi yazıram, Unibank müasir reketçilik ilə məşğuldur deməli. Vətəndaş borcunu verə bilmir, və Unibank Kollektor adlanan müasir vorzakonn şirkətlə müqavilə bağlayır. Bu vətəndaşı bir mal kimi satır o şirkətə və o şirkətdən öz pulunu alır və müştərini Kollektor şirkəti ilə baş başa buraxır. Kollektor şirkətinndə də insanları dinləməyən, telefonu üzünə bağlayan insanlar oturub. Nə edirsən et, ged pulu gətir deyirlər. Dəxli yoxdur istəyirsən intihar et.
Dem\’li bank kredit verəndə ata-anasinin metirkasına qədər istəyir sonra pul verir, sonra da vətəndaş borcunu ödəmək üçün möhlət istəyəndə Onu kolletkor adlanan müasir reketlərin əlinə verir ki gedin pulu alın. Buna guya şirkət deyirlər, amma bu müasir reket və vorzakonluqdur. #Unibank ın qara üzü və qara işləri. Haram olsun belə yolla qazanılan pullar. Utanmadan da danışırlar ki bu müasir sistemdi falan filan. Bütün jurnalist doslarımdan xahiş edirəm Bu məsələnin üstünə gedək. Yazıları paylaşaq. Bu vorzakonluq eləmək istəyənlər ən azından üzə çıxsınlar.

İnterpress.az