Hadisə Xırdalan şəhəri ərazisində baş verib.
192 saylı orta tutumlu sərnişin avtobusu yoldakı elektrik dirəyinə çırpılıb. Məlumata görə, qəzaya səbəb avtobusda yaranmış texniki nasazlıq olub. Nəticədə sürücü idarəetməni itirib və qəza baş verib.
10 TF 135 dövlət nömrə nişanlı avtobus Xırdalan-Sədərək istiqamətində fəaliyyət göstərib. Qəza zamanı avtobusun içində sərnişinlər olsa da, xoşbəxtlikdən xəsarət alan olmayıb.
Avtobusun çırpıldığı elektrik dirəyi aşıb. ( anspress.com )
İnterpress.az