Keçmiş prezidentə ömürlük cəza verildibackend

Keçmiş prezidentə ömürlük cəza verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Misirin sabiq prezidenti Məhəmməd Mursi ömürlük həbsə məhkum edilib. Məlumatına görə, həbs qərarı Qahirə Cinayət məhkəməsi tərəfindən verilib.

O, Qətərin xeyrinə casusluq etməkdə günahlandırılır. Mursi ilə bərabər digər 5 nəfər də casusluqda ittiham edilib. Müttəhimlərin Qətərə Misir ordusu və onun büdcəsi haqqında məxfi məlumatlar ötürdüyü bildirilir.

Sabiq Misir prezidentinin məhkəməsi 1 ildən artıqdır davam edir. Daha əvvəl onun ölüm cəzasına məhkum ediləcəyi bildirilirdi. O, Misirdə 2011-ci ildə baş verən “Ərəb Baharı”nın lideri olub.

Mursi həmin vaxt \”Müsəlman Qardaşları\” hərəkatının rəhbəri idi. Məhəmməd Mursinin başçılığı ilə ümumi şəkildə başlanan etirazlar qısa müddət ərzində genişləndi və etirazlar şiddətli qarşıdurmalarla əvəz olundu, nazirlik binaları etirazçıların nəzarətinə keçdi, Qahirə şəhərində yerləşən onlarla polis bölməsi yandırıldı. Nəticədə Misirin prezidenti olan Hüsnü Mübarək devrildi.

Keçmiş prezidentə ömürlük cəza verildi

\”Ərəb Baharı\” zamanı etiraz edən gənc

Uzunmüddətli mübarizədən sonra Mursi tərəfdarları ilə birlikdə hakimiyyətə gəldi. Amma onun hakimiyyəti dövründə Misirdə siyasi vəziyyət daha da pisləşdi. Bu səbəbdən ölkənin müdafiə naziri Əbdüllfəttah-Əl-Sisi Mursiyə ölkədə sabitlik yaratması üçün 48 saat vaxt verdi. Amma Mursi Sisinin tələbini yerinə yetirə bilmədi.

Tələb yerinə yetirilmədiyi üçün Mursi hakimiyyəti devrildi. Bir müddət sonra isə Məhəmməd Mursi həbs edildi.

Onun devrilməsi Türkiyənin böyük etirazlarına səbəb olumuşdu. Hazırda isə Türkiyə Mursini həbs etdiyi üçün Misirin yeni hökumətinə etiraz edir. Türkiyə sabiq prezidentə böyük dəstək verirdi. (ans)

İnterpress.az