Məlumata görə, balkonların gündəlik icarə qiyməti 500-700 manat arasında dəyişir. Bəziləri hətta balkonu üçgünlük kirayəyə təklif edir. Bura içki və digər xidmətlər də daxildir.
Çəkiliş qrupu balkonlardan çox sayda xarici vətəndaşların yarışları canlı izlədiyini müşahidə edib. Bunların bir çoxları peşəkar fotoqraflar olsa da, maraq naminə gələn sadə vətəndaşlar da az deyil.
Məsələn, metronun “Sahil” stansiyası yaxınlığında evi olan Əfşan adlı azərbaycanlı Almaniyadan məhz yarışlara baxmaq üçün gəlib. İlk dəfədir ki, bu cür yarış izlədyini söyləyən Əfşan bəy özü ilə çox sayda xarici qonaq da gətirdiyini bildirir. (ans)
İnterpress.az