Polis laqeydliyi faciə ilə NƏTİCƏLƏNDİ: Sevgilisi 20 yaşlı gənci diri-diri YANDIRDI – VİDEObackend

Polis laqeydliyi faciə ilə NƏTİCƏLƏNDİ: Sevgilisi 20 yaşlı gənci diri-diri YANDIRDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Argentinada sevgilisinin diri-diri yandırdığı gənc polisin laqeydliyinin qurbanı olub.

İnterpress.аz xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Argentinada dəhşətli ailədaxili zorakılıq hadisəsi qeydə alınıb. 20 yaşlı İsayas Barrera adlı gənc özündən yaşca böyük sevgilisi tərəfindən diri-diri yandırılaraq qətlə yetirilib.

Faciəli məqam isə odur ki, gənc daha əvvəl üç dəfə polisə müraciət etsə də, heç bir tədbir görülməyib.

20 yaşlı İsaias Barrera yaşlı bir qadınla münasibət qurarkən açıq-aydın səhvə yol verib. Qadın onu müntəzəm olaraq təhqir edib və mübahisələr zamanı fiziki güc tətbiq etməkdən çəkinməyib.

Münasibətdə mütəmadi olaraq fiziki zorakılığa məruz qalan İsayas Barrera bədənindəki döyülmə xəsarətləri ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Lakin hər dəfə polislər onun şikayətini rəsmiləşdirməkdən imtina edərək, məsələni öz aralarında həll etməyi məsləhət görüblər.

Növbəti mübahisə zamanı qadın gəncin üzərinə benzin töküb. Həmin vaxt İsayas siqaret çəkdiyi üçün yanacaq saniyələr içində onun bütün bədənini bürüyüb və gənc ağır yanıq xəsarətlərindən yerindəcə dünyasını dəyişib.

Qatil qadın saxlanılıb, hadisə ilə əlaqədar istintaq hərəkətləri aparılır.

Xuraman Etibarlı

İnterpress.аz