Gərginlik altında olan su borusu 10 yaşlı uşaq uşağın ölümünə SƏBƏB OLDUbackend

Gərginlik altında olan su borusu 10 yaşlı uşaq uşağın ölümünə SƏBƏB OLDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Novosibirskdə 10 yaşlı uşaq su borusuna toxunduqdan sonra cərəyan vurması nəticəsində ölüb.

İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

Rusiyanın Novosibirsk şəhərində azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. Fərdi yaşayış evlərindən birinin yaxınlığında gəzən 10 yaşlı məktəbli dəmir su borusuna toxunduqdan sonra onu güclü elektrik cərəyanı vurub.

Məlumata görə, hadisə axşam saatlarında, uşaq dostları ilə birlikdə gəzərkən baş verib. O, qarajın damına dırmaşmaq istəyərkən gərginlik altında olan metal su borusundan tutub.

Ağır dərəcəli elektrik travması alan uşaq aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı Rusiya İstintaq Komitəsi tərəfindən “ehtiyatsızlıqdan ölümə səbəb olma” maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda hadisənin başvermə şəraiti və metal borunun hansı səbəbdən yüksək elektrik gərginliyi altında olması araşdırılır.

Xuraman Etibarlı

İnterpress.аz