“Aya Sofya”da İncil oxuyan iki Rusiya vətəndaşı SAXLANILDIbackend

“Aya Sofya”da İncil oxuyan iki Rusiya vətəndaşı SAXLANILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Aya Sofya” məscidində İncil oxuyan iki Rusiya vətəndaşı saxlanılıb.

İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

Türkiyənin İstanbul şəhərində yerləşən tarixi “Aya Sofya” məscidində İncil oxuyan Rusiya vətəndaşları Viktoriya və İqor asayiş keşikçiləri tərəfindən saxlanılıb. Hadisə iyulun 13-də baş verib.

Hazırda hər iki Rusiya vətəndaşı deportasiya mərkəzində saxlanılır və onların ölkədən çıxarılması məsələsi həll edilir.

Rusiya Baş Konsulluğu diplomatların məsələ ilə bağlı iş apardığını təsdiqləyib.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2020-ci ildə imzaladığı fərmanla tarixi kafedral rəsmi olaraq məscidə çevrilib və orada digər dinlərin ibadət ayinlərinin icrası qadağan edilib.

Xuraman Etibarlı

İnterpress.аz