Çelyabinskdə yanacaqdoldurma məntəqəsində növbə üstündə atışma baş verib.
İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.
Rusiyanın Çelyabinsk şəhərində yanacaqdoldurma məntəqəsində sürücülər arasında qanlı münaqişə baş verib. Mübahisəyə səbəb 26 yaşlı sürücünün yanacaq doldurmaq üçün növbədənkənar keçməyə cəhd etməsi olub.
Ətrafdakı digər sürücülərin ona irad bildirməsindən sonra əsəbiləşən həmin şəxs, ehtimala görə, travmatik tapançanı çıxararaq sürücülərdən birinin qarın nahiyəsinə atəş açıb. Ağır yaralanan şəxs dərhal xəstəxanaya yerləşdirilib.
Hadisə şahidlərinin sözlərinə görə, atışma zamanı ərazidəki qonşu avtomobillərdə azyaşlı uşaqlar olub və böyük təşviş yaşanıb.
Hadisə yerindən qaçan atıcı polisin keçirdiyi operativ əməliyyatla saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb.
Xuraman Etibarlı
İnterpress.аz






