Tatarıstanda 5G qorxusu: Sakinlər rabitə qüllələrini kütləvi şəkildə SÖKÜRLƏRbackend

Tatarıstanda 5G qorxusu: Sakinlər rabitə qüllələrini kütləvi şəkildə SÖKÜRLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tatarıstanda şüalanma qorxusuna görə mobil rabitə qüllələri kütləvi şəkildə sökülür.

İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Rusiyanın Tatarıstan Respublikasında yerli sakinlər şüalanmadan qorxduqları üçün mobil rabitə qüllələrini kütləvi şəkildə sökməyə başlayıblar.

Sakinlər səhhətlərinin pisləşməsindən şikayətlənir və buna səbəb kimi 5G şəbəkəsinin radiasiyasını göstərirlər.

Yaranmış vəziyyətə görə mobil operatorlar avadanlıqları gizlətməyə məcbur olublar ki, bu da Kazan şəhərinin bütöv rayonlarını mobil internetsiz qoyub.

Mütəxəssislər isə xəbərdarlıq edirlər ki, qüllə söküldükdən sonra mobil telefonlar uzaqdan siqnal tutmaq üçün daha güclü şüalanma yaymağa başlayır və bu da insan sağlamlığı üçün daha təhlükəlidir.

Qeyd olunur ki, əgər hər hansı bir şəxs rabitə qülləsinin onun sağlamlığına birbaşa zərər vurduğunu məhkəmədə sübut edə bilsə, 1 milyon rubldan (təxminən 22 000 manat) başlayan kompensasiya ala bilər.

Xuraman Etibarlı

İnterpress.аz