Ağıl dişi səbəbindən yaranan kista kişinin çənə sümüyünü ƏRİTDİ – FOTObackend

Ağıl dişi səbəbindən yaranan kista kişinin çənə sümüyünü ƏRİTDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Uralda ağıl dişi səbəbindən yaranan kista illərlə kişinin çənə sümüyünü əridib.

İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Rusiyanın Ural bölgəsində ağıl dişi səbəbindən yaranan kista illərlə yerli sakinin çənə sümüyünü əridərək məhv edib.

Səhiyyə Nazirliyinin məlumatına görə, çənə sümüyündə yaranan kista sümüyün tamamilə sınması təhlükəsini yaradıb.

Zərərçəkən ağzını açmaqda kəskin çətinlik çəkdikdən sonra həkimlərə müraciət edib. Tibb mütəxəssisləri tərəfindən xəstə üzərində heç bir kəsik aparılmadan kəsiksiz və uğurlu cərrahi əməliyyat icra olunub.

Çənə sümüyünün çatışmayan hissələrinin tam bərpası və sümük toxumasının yenidən formalaşması prosesinin təxminən 1,5 ildən 2 ilə qədər vaxt apara biləcəyi bildirilir.

Xuraman Etibarlı

İnterpress.аz