Qızı ilə münasibətə qarşı çıxan qadını bıçaqlayıb evini yandıran 23 yaşlı gənc SAXLANILDIbackend

Qızı ilə münasibətə qarşı çıxan qadını bıçaqlayıb evini yandıran 23 yaşlı gənc SAXLANILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Stavropolda sevgilisinin anasını qətlə yetirib evini yandıran şəxs saxlanılıb.

İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Rusiyanın Stavropol diyarında dəhşətli qətl hadisəsi qeydə alınıb. 23 yaşlı gənc münasibətlərinə qarşı çıxan sevgilisinin anasını bıçaqlayaraq öldürüb, daha sonra cinayətin izini itirmək üçün onların evini yandırıb.

Məlumata görə, qadın gənci danlayaraq qızına yaxınlaşmağı qadağan edib. Bundan qəzəblənən gənc qadına bıçaqla hücum çəkib.

Cinayəti gizlətmək məqsədilə o, evə benzin tökərək od vurub.

Mərhumun həyat yoldaşı evdən tüstü çıxdığını görərək içəri daxil olub və arvadının cansız bədənini aşkar edib.

Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində şübhəli şəxs saxlanılaraq həbs edilib və o, törətdiyi cinayəti rəsmən etiraf edib.

Xuraman Etibarlı

İnterpress.аz