Erkən oyanmaq özü-özlüyündə uğura aparmır, əslində isə tükənməyə səbəb ola bilər.
İnterpress.аz xəbər verir ki, bu barədə “Virgin Group” şirkətinin qurucusu, milyarder Riçard Brenson bildirib.
Riçard Brenson səhərlər tezdən oyanmağın təkbaşına uğura səbəb olmadığını, əksinə, insanda peşəkar tükənməyə (burnout) yol aça biləcəyini qeyd edib.
Milyarderin fikrincə, karyerada uğurları başqalarının vərdişlərini kor-koranə kopyalayanlar deyil, məhz özünə uyğun gündəlik rejim tapanlar əldə edirlər.
O bildirib ki, başqasının rejiminə uyğunlaşmağa çalışmaq tez-tez xroniki yorğunluğa və motivasiya itkisinə səbəb olur.
Brenson hər kəsin fərdi bioloji ritminin fərqli olduğunu vurğulayaraq, uğur qazanmaq üçün insanın öz orqanizminə qulaq asmasını və məhz fərdi iş qrafiki qurmasını tövsiyə edib.
Xuraman Etibarlı
İnterpress.аz






