Estetik əməliyyatlar olmadan qadınların 10 illik gözəllik xərcləri AÇIQLANDIbackend

Estetik əməliyyatlar olmadan qadınların 10 illik gözəllik xərcləri AÇIQLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qadınlar gözəllik standartlarına uyğunlaşmaq üçün 10 ildə böyük məbləğdə vəsait xərcləyirlər.

İnterpress.аz xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Sosial şəbəkələrdə aparılan müzakirələrə əsasən, qadınlar gözəllik standartlarına cavab vermək üçün 10 il ərzində təxminən 88 000 manat yaxın vəsait xərcləyirlər.

İqtisadi ekspertlər bu vəziyyəti kişi və qadınların qeyri-bərabər maliyyə başlanğıcına sahib olması ilə əlaqələndirirlər.

XXI əsrdə qadınlara xarici görünüşün ən mühüm iqtisadi aktiv olduğu fikri aşılanır.

Şəhərli bir qadının gözəllik üçün 10 illik təxmini xərclərinin siyahısı belədir:

  • Manikür: təxminən 7900 manat;

  • Pedikür: təxminən 6600 manat;

  • Saç qulluğu: təxminən 11 850 manat;

  • Kosmetika və ev qulluğu vasitələri: təxminən 18 450 manat;

  • Kosmetoloq, epilyasiya, diş bərpası və digər prosedurlar: təxminən 22 000 – 33 300 manat.

Ümumilikdə, müxtəlif estetik plastik əməliyyatlar nəzərə alınmadan bu xərclər 3–4 milyon rubla (təxminən 65 500 – 89 000 manat qədər çatır.

Mütəxəssislər qeyd edirlər ki, bu böyük məbləğ ipoteka üçün ilkin ödəniş, investisiya portfeli, biznesin qurulması və ya nüfuzlu təhsil üçün istifadə edilə bilərdi.

Xarici görünüş məsələlərinə daha az pul xərcləyən kişilər isə öz vəsaitlərini birbaşa bu cür real aktivlərə yatırırlar.

Xuraman Etibarlı

İnterpress.аz