Qadının yüksək gəliri ailələrdə boşanma faizini 30% yüksəldir – ARAŞDIRMAbackend

Qadının yüksək gəliri ailələrdə boşanma faizini 30% yüksəldir – ARAŞDIRMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Həyat yoldaşları daha çox qazanan kişilər depressiyaya daha çox meyllidirlər.

İnterpress.аz xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Gənc və işləyən cütlüklərin 17 illik məlumatlarının elmi təhlili göstərib ki, həyat yoldaşı onlardan daha çox qazanan kişilər depressiya və ciddi psixoloji stresslə daha tez-tez qarşılaşırlar.

Əgər qadın ailə gəlirinin yarısından çoxunu təmin edirsə, kişidə stress riski təxminən 1,5 dəfə, bu pay 70%-dən çox olduqda isə demək olar ki, 2,5 dəfə artır.

Araşdırmaya görə, qadının ailə gəlirlərinin təxminən 75%-ni təmin etdiyi cütlüklər digər ailələrlə müqayisədə 30% daha çox boşanırlar.

Mütəxəssislər bu vəziyyəti cəmiyyətdəki ənənəvi sosial rolların təzyiqi və kişilərin ailəni dolandıran əsas tərəf olması gözləntilərinin yaratdığı daxili psixoloji gərginliklə əlaqələndirirlər.

Xuraman Etibarlı

İnterpress.аz