“Telegram”da ulduz göndərən 17 yaşlı yeniyetmə 4 illik həbsə MƏHKUM EDİLDİbackend

“Telegram”da ulduz göndərən 17 yaşlı yeniyetmə 4 illik həbsə MƏHKUM EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada 17 yaşlı yeniyetmə “Telegram”da “ulduz” reaksiyası göndərdiyi üçün 4 il həbs cəzası alıb.

İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Rusiyanın Kemerovo vilayətinin Belovo şəhərində 17 yaşlı yeniyetmə “Telegram” messencerində ödənişli reaksiya (“ulduz” laykı) göndərdiyi üçün məhkum edilib.

Məhkəmə yeniyetmənin kanaldakı paylaşıma ödənişli reaksiya qoymaqla “terrorçuluğu maliyyələşdirdiyi” barədə qərar çıxarıb.

Məlumata görə, yeniyetmə Ukrayna ordusunun bölmələrindən birinə məxsus kanalda postun altına ödənişli reaksiya yerləşdirib.

Rusiya Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə təqsirli bilinən gəncə 4 il müddətinə tərbiyə koloniyasında cəza təyin edilib.

Bununla da virtual məkanda edilən ödənişli reaksiya hüquqi baxımdan ağır cinayətin maliyyələşdirilməsi kimi qiymətləndirilib və gəncin azadlıqdan məhrum edilməsi ilə nəticələnib.

Xuraman Etibarlı

İnterpress.аz