Məşhəd şəhərində İmam Rza kompleksində yanğın BAŞ VERDİ – VİDEObackend

Məşhəd şəhərində İmam Rza kompleksində yanğın BAŞ VERDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın Məşhəd şəhərində İmam Rza ziyarətgahında yanğın qeydə alınıb.

İnterpress.аz xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

İranın Məşhəd şəhərində yerləşən məşhur İmam Rza ziyarətgah kompleksində yanğın hadisəsi baş verib. Hadisə yerinə dərhal yanğınsöndürənlər və təcili xidmət əməkdaşları cəlb olunub.

Məlumata görə, yanğının söndürülməsi və alovun hərəmin digər hissələrinə yayılmasının qarşısının alınması istiqamətində operativ işlər aparılır.

Hadisənin başvermə səbəbləri və xəsarət alanların olub-olmaması barədə hələlik rəsmi məlumat təqdim edilməyib.

Qeyd edək ki, İmam Rza ziyarətgahı İranın ən böyük və ən müqəddəs dini mərkəzlərindən biri hesab olunur və hər il dünyanın müxtəlif ölkələrindən milyonlarla zəvvar tərəfindən ziyarət edilir.

Xuraman Etibarlı

İnterpress.аz