Gözəllik klinikasında KABUS: Lazer epilyasiyası qadının ayaqlarını TANINMAZ HALA SALDI – FOTObackend

Gözəllik klinikasında KABUS: Lazer epilyasiyası qadının ayaqlarını TANINMAZ HALA SALDI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvada epilyasiya seansı gənc qadının ayaqlarında ağır yanıqlara səbəb olub.

İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Moskvada yerləşən gözəllik klinikalarından birində lazer epilyasiyası seansı 29 yaşlı Yekaterina üçün əsl kabusa çevrilib. Seans zamanı kəskin yanıq hiss etsə də, mütəxəssis proseduru dayandırmayıb.

Evə qayıdan qadının ayaqlarının dərisi kəskin qabıq verib və ağır yanıq xəsarətləri yaranıb.

Növbəti iki ay ərzində həmin klinikanın tövsiyələri ilə müalicə olunan Yekaterinanın ayaqlarında böyük piqment ləkələri əmələ gəlib.

Klinika əməkdaşları ona əlavə olaraq pilinq və foto-gəncləşdirmə kimi aqressiv prosedurlar təyin ediblər. Lakin bu müdaxilədən sonra ağrılar daha da şiddətlənib, qadında yuxusuzluq və yüksək qızdırma başlayıb.

Digər peşəkar həkimlərə müraciət etdikdən sonra məlum olub ki, klinika tərəfindən kobud səhvə yol verilib və yanıq travmasını aqressiv prosedurlarla müalicə etmək qətiyyən olmazdı.

Zərərçəkənə I və II dərəcəli yanıq və dəridə geridönməz dəyişiklik diaqnozu qoyulub.

Ağır psixoloji travma alan qadının ayaq dərisinin əvvəlki vəziyyətinə qayıtmasının qeyri-mümkün olduğu bildirilir.

Xuraman Etibarlı

İnterpress.аz