San-Pauloda uğursuz zarafat ölümlə NƏTİCƏLƏNDİ – VİDEObackend

San-Pauloda uğursuz zarafat ölümlə NƏTİCƏLƏNDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

San Pauloda baş verən zarafat silahlı atışma ilə nəticələnib.

İnterpress.аz xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Braziliyanın San-Paulo şəhərində avtoyuma məntəqəsinin iki əməkdaşı darıxdıqları üçün eyni küçədə yerləşən avtosalondakı tanışlarına qarşı silahlı basqın zarafatı (prank) hazırlayıblar. Lakin onların bu təhlükəli zarafatı gözlənilməz və faciəvi şəkildə sonlanıb.

Məlumata görə, həmin vaxt avtosalonda özünə avtomobil seçən 31 yaşlı asayiş keşikçisi olub. Maskalı şəxslərin içəri girdiyini görən və bunu real soyğunçuluq hesab edən polis zabiti tərəddüd etmədən onlara atəş açıb.

Nəticədə ağır güllə yarası alan 36 yaşlı “zarafatçılardan” biri növbəti gün xəstəxanada dünyasını dəyişib.

Onun qarın nahiyəsindən yaralanan 21 yaşlı digər ortağı isə hazırda reanimasiya şöbəsində həkimlərin ciddi nəzarəti altında saxlanılır.

Xuraman Etibarlı

İnterpress.аz