Terrorçu İlnaz Qalyaviyevin 18 yaşlı həyat yoldaşı ailəsi tərəfindən rədd edilib.
İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Kazan məktəbində kütləvi qətl törədən terrorçu İlnaz Qalyaviyevlə evlənən 18 yaşlı Diananın yaxınları ondan imtina ediblər.
Gənc qızın ailəsi ona “Sən artıq bizim qızımız deyilsən! Səndə şizofreniya var, müalicə olunmalısan!” deyərək münasibətləri tamamilə kəsiblər.
Diananın atası baş verənlərdən dərin sarsıntı keçirib. Qızını təkbaşına böyüdən və onun hər zaman yaxşı həyat yaşamasını istəyən ata bu qərardan mənəvi zərbə alıb.
Yaxınlarının sözlərinə görə, gənc qız hər zaman ətrafdakılara qarşı çıxmağı sevdiyi üçün bu evlilik addımını qəsdən, cəmiyyətin acığına atıb.
O, hələ məktəb illərindən hamının qınağına səbəb olacaq hərəkətlər etməyə xüsusi meyl göstərib.
Şokda olan ailə üzvləri hazırda Diananın davranışlarının getdikcə tamamilə qeyri-adekvat xarakter aldığını əsas gətirərək onu psixiatriya xəstəxanasına yerləşdirmək barədə düşünürlər.
Xuraman Etibarlı
İnterpress.аz






