Tənzilə Rüstəmxanlı Baku Book Center-də Musiqi və Poeziya Axşamında iştirak edib – VİDEObackend

Tənzilə Rüstəmxanlı Baku Book Center-də Musiqi və Poeziya Axşamında iştirak edib – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Tənzilə Rüstəmxanlı Baku Book Center(Bakı Kitab Mərkəzi)-də “Şəhərin Yay Günləri” layihəsi çərçivəsində keçirilən Musiqi və Poeziya Axşamında iştirak edib.

İnterpress.az xəbər verir ki, tədbir zamanı poeziya və musiqinin vəhdəti iştirakçılara unudulmaz anlar yaşadıb, milli-mədəni dəyərlərimizin təbliği və ədəbiyyata marağın artırılması baxımından əhəmiyyətli mesajlar verilib.

Millət vəkili Tənzilə Rüstəmxanlı belə mədəni layihələrin cəmiyyətin mənəvi inkişafına, gənc nəslin ədəbiyyat və incəsənətə marağının gücləndirilməsinə mühüm töhfə verdiyini vurğulayaraq, tədbirin təşkilatçılarına xüsusile Baku Book Center direktoru Günel Rzayevaya və layihə meneceri Leyla Əsgərovaya təşəkkürünü bildirib.

Belə təşəbbüslərin davamlı olması ölkəmizin zəngin mədəni irsinin yaşadılması və gələcək nəsillərə ötürülməsi baxımından böyük önəm daşıyır.