Səudiyyə Ərəbistanı İraqdan gələn və neft obyektlərini hədəf alan PUA-ları zərərsizləşdirib.
İnterpress.аz xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi İraq ərazisindən krallığın strateji neft obyektlərinə doğru yönələn bir neçə pilotsuz uçuş aparatının (PUA) havada ələ keçirilərək zərərsizləşdirildiyini bəyan edib.
Yaxın Şərq mediasının yaydığı məlumatlara görə, paytaxt Ər-Riyadda və ölkənin şərq bölgələrində ard-arda bir neçə güclü partlayış səsi eşidilib.
Baş verən hadisədən sonra ölkənin bütün regionlarında təhlükəsizlik tədbirləri kəskin şəkildə gücləndirilib.
Hücum cəhdi nəticəsində hər hansı dağıntının və ya xəsarət alanların olub-olmaması barədə rəsmi orqanlar tərəfindən hələlik geniş təfərrüatlı məlumat təqdim edilməyib.
Faktla bağlı araşdırmalar aparılır.
Xuraman Etibarlı
İnterpress.аz






