Yeni FƏRMAN: Xaricilərin “Sirius”da torpaq alması QADAĞAN OLUNDUbackend

Yeni FƏRMAN: Xaricilərin “Sirius”da torpaq alması QADAĞAN OLUNDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Putin xaricilərə “Sirius”da torpaq mülkiyyəti hüququnu qadağan edib.

İnterpress.аz xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Rusiya Prezidenti Vladimir Putinin imzaladığı yeni fərmana əsasən, xarici vətəndaşlar, vətəndaşlığı olmayan şəxslər və xarici hüquqi şəxslər bundan sonra “Sirius” federal ərazisində torpaq sahələrinə sahib ola bilməyəcəklər.

Müvafiq fərman layihəsi ölkənin rəsmi hüquqi aktlar portalında rəsmən dərc olunub.

Yeni imzalanmış fərman rəsmi dərc edildiyi gündən dərhal qüvvəyə minir.

Sözügedən “Sirius” federal ərazisi Krasnodar diyarında, Qara dənizin düz sahilində, İmereti düzənliyində çayların arasında yerləşir.

Rusiya rəhbərliyinin bu qərarı sərhədyanı və strateji əhəmiyyətli dənizkənarı ərazilərdə milli təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, həmçinin torpaq mülkiyyəti üzərində dövlət nəzarətinin artırılması siyasəti çərçivəsində qəbul edilib.

Xuraman Etibarlı

İnterpress.аz