Rəfiqəsini zəncirlə boğub 93 bıçaq zərbəsi ilə öldürən qadın ÖMÜRLÜK HƏBS OLUNDU – FOTObackend

Rəfiqəsini zəncirlə boğub 93 bıçaq zərbəsi ilə öldürən qadın ÖMÜRLÜK HƏBS OLUNDU – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyada rəfiqəsini zəncirlə boğub 93 bıçaq zərbəsi ilə öldürən qadına ömürlük həbs cəzası verilib.

İnterpress.аz xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Almaniyada baş verən dəhşətli və amansız qətl hadisəsinin məhkəmə prosesi yekunlaşıb.

Məhkəmənin rəsmi qərarı ilə ev yoldaşını zəncirlə boğaraq 93 bıçaq zərbəsi ilə öldürən gənc qadın ömürlük azadlıqdan məhrum edilib.

İstintaqın məlumatına görə, təqsirləndirilən şəxs 30 yaşlı Roksana ilə daha əvvəl müalicə aldığı psixiatriya klinikasında tanış olub, bundan sonra onlar bir yerdə yaşamağa başlayıblar.

Qəddar hesablaşma zamanı o, qadını zəncirlə boğub, bədəninə onlarla bıçaq zərbəsi endirib və cəsədini yaxınlıqdakı meşə zolağına atıb.

Qətldən dərhal sonra cinayətkar tanışına mesaj yazaraq həyatında heç vaxt “bu qədər həyəcanverici” bir şey yaşamadığını bildirib.

Məhkəmədə müdafiə tərəfi hadisəni “intim xarakterli bədbəxt hadisə” kimi təqdim etməyə çalışsa da, hakim bu iddianı rədd edərək qatil qadına qarşı ömürlük həbs qərarı çıxarıb.

Xuraman Etibarlı

İnterpress.аz