Fransada meşə yanğınları səbəbindən atçılıq mərkəzindən atlar BURAXILDI – VİDEObackend

Fransada meşə yanğınları səbəbindən atçılıq mərkəzindən atlar BURAXILDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransada meşə yanğınlarına görə atlar tövlələrdən sərbəst buraxılıb.

İnterpress.аz xəbər verir ki, bu barədə Fransa KİV məlumat yayıb.

Fransanın Biskarros şəhərində baş verən güclü meşə yanğınları səbəbindən yerli atçılıq mərkəzində fövqəladə qərar qəbul edilib.

Yanğın dalğasının mərkəzin ərazisinə sürətlə yaxınlaşdığını görən əməkdaşlar bütün heyvanları təhlükəsiz yerə daşımağa vaxt tapmadıqları üçün tövlələrin qapılarını açaraq atları sərbəst buraxıblar.

Mərkəzin işçiləri heyvanların alovdan müstəqil şəkildə qaçaraq xilas ola bilməsi üçün bu addımı atdıqlarını bildiriblər.

Az sonra hadisə şahidləri qatı tüstüyə bürünmüş şəhər küçələrində böyük at sürüsünün sürətlə qaçdığı anları telefon kameraları ilə lentə alıblar.

Hadisə yerinə dərhal yanğınsöndürmə briqadaları cəlb olunub və meşə yanğınının söndürülməsi istiqamətində işlər aparılır.

Sərbəst buraxılan atların təhlükəsiz ərazilərə toplanması üçün də xüsusi tədbirlər görülür.

Xuraman Etibarlı

İnterpress.аz