Dəhşətli SUİ-QƏSD: Keçmiş əri yatmış qadını qazla boğaraq ÖLDÜRMƏK İSTƏDİ – FOTObackend

Dəhşətli SUİ-QƏSD: Keçmiş əri yatmış qadını qazla boğaraq ÖLDÜRMƏK İSTƏDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sankt-Peterburqda keçmiş əri mənzildəki payını satmaqdan imtina edən qadını qazla boğaraq öldürmək istəyib.

İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Sankt-Peterburqda ailədaxili münaqişə zəminində dəhşətli sui-qəsd hadisəsi baş verib. Boşandıqdan sonra başqa sığınacağı olmadığı üçün üç uşağı ilə birlikdə keçmiş əri ilə eyni mənzildə yaşamağa davam edən Tatyana adlı qadın sui-qəsdlə üzləşib.

Keçmiş əri ondan mənzildəki payını satmağı mütəmadi olaraq tələb etsə də, qadın hər dəfə bu təklifi rədd edib.

Növbəti imtinadan sonra hədə-qorxulardan əmələ keçən kişi səhər saat 7-də, Tatyana yatdığı vaxt mənzilin bütün pəncərələrini bağlayıb, qaz plitəsinin kranını axıra qədər açıb və yataq otağının qapısını da üzərindən bağlayaraq mənzili tərk edib.

Yuxudan oyanan, kəskin qaz qoxusu hiss edən və özünü pis hiss edən qadın dərhal pəncərələri açaraq mənzili havalandırıb və təcili xidmətləri çağırıb.

Uşaqların həmin gün yay düşərgəsində olması böyük kütləvi faciəni önləyib.

Qadın polisə rəsmi şikayət ərizəsi yazaraq zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı qəsdən adamöldürməyə cəhd maddəsi ilə araşdırma aparılır.

Xuraman Etibarlı

İnterpress.аz