Türkiyədə 46 yaşlı fəhlə pressləmə dəzgahının arasında qalaraq faciəvi şəkildə ölüb.
İnterpress.аz xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Türkiyənin Malatya vilayətinin Yeşilyurt rayonunda ağır və dəhşətli istehsalat qəzası baş verib.
Mütəşəkkil Sənaye Zonasında yerləşən müəssisələrdən birində çalışan 46 yaşlı Amanulla Səfərbəy hələlik naməlum səbəbdən sənaye tipli pressləmə dəzgahının mexanizminin arasında qalıb.
Hadisəni fərq edən digər işçilər dərhal əraziyə jandarma və təcili tibbi yardım briqadalarını çağırıblar.
Hadisə yerinə gələn həkimlər Səfərbəyin kəskin sıxılma və daxili orqan xəsarətləri səbəbindən hadisə yerindəcə dünyasını dəyişdiyini təsdiqləyiblər.
Faktla bağlı yerli prokurorluq və jandarma qüvvələri tərəfindən rəsmi araşdırma başladılıb.
Hazırda müəssisədə texniki təhlükəsizlik qaydalarının pozulub-pozulmaması və bədbəxt hadisənin dəqiq başvermə səbəbləri araşdırılır.

Xuraman Etibarlı
İnterpress.аz






