Ermənistanda 1,1 milyon dollarlıq vergi fırıldaqçılığı İFŞA OLUNDUbackend

Ermənistanda 1,1 milyon dollarlıq vergi fırıldaqçılığı İFŞA OLUNDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda 1,1 milyon dollar vergi yayındıran yanacaqdoldurma məntəqəsi ifşa edilib.

İnterpress.аz xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Ermənistanın Dövlət Gəlirləri Komitəsi Tavuş vilayətində fəaliyyət göstərən yanacaqdoldurma məntəqəsinin rəhbərliyinin irimiqyaslı maliyyə maxinasiyasını ifşa edib.

Məntəqə sahiblərinin dövlətdən ümumilikdə 1,1 milyon dollar məbləğində vergidən yayınma müəyyən edilib.

Dövlət qurumunun mətbuat xidmətinin yaydığı rəsmi məlumata görə, sözügedən şirkət 2021–2026-cı illər ərzində təxminən 1,3 milyard dram və ya 3,5 milyon dollar həcmində ümumi gəlirini bəyannamədə gizlədərək qeydə aldırmayıb.

Nəticədə dövlət büdcəsinə xüsusilə külli miqdarda vergi ödənişləri ödənilməyib.

Faktla bağlı vergidən yayınma maddəsi ilə rəsmi cinayət işi başlanılıb, maliyyə müfəttişləri tərəfindən müvafiq yoxlamalar və cərimə prosedurları davam etdirilir.

Xuraman Etibarlı

İnterpress.аz