İrkutskda itkin düşən təyyarənin pilotları özləri radiostansiya quraşdıraraq yerlərini bildiriblər.
İnterpress.аz xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Rusiyanın İrkutsk vilayətində əlaqəsi kəsilən və itkin düşən “Cessna 182” təyyarəsinin pilotlarının möcüzəvi şəkildə sağ qaldığı məlum olub.
Onlar təpəyə dırmaşaraq öz qüvvələri ilə mini radiostansiya quraşdırıblar və öz koordinatlarını yaxınlıqdan keçən Bodoybo-İrkutsk marşrutlu sərnişin təyyarəsinə ötürməyi bacarıblar.
Vilayətin qubernatoru Kobzevin yaydığı rəsmi məlumata görə, pilotlar Bodoybo şəhərindən təxminən 90 kilometr uzaqlıqdadırlar.
Çətin vəziyyətdə olan pilotlar valideynlərinə sağ-salamat olduqları barədə xəbər verilməsini xüsusi xahiş ediblər.
Məlumata əsasən, pilotların ərazidən təhlükəsiz şəkildə təxliyə edilməsi üçün xüsusi xilasetmə helikopteri artıq hadisə yerinə yola düşüb.
Xuraman Etibarlı
İnterpress.аz






