Rusiyada “Cessna 182” tipli yüngül mühərrikli təyyarə ilə rabitə kəsilib.
İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Rusiyanın İrkutsk vilayətində “Cessna 182” tipli yüngül mühərrikli təyyarə ilə rabitə kəsilib. Bu barədə rəsmi məlumatı vilayətin qubernatoru açıqlayıb.
Qubernatorun sözlərinə görə, uçuş həyata keçirən təyyarə müəyyən andan sonra radarlardan itib və dispetçerlərin çağırışlarına cavab vermir.
Hadisə ilə əlaqədar olaraq dərhal xilasedicilər və təcili axtarış qrupları səfərbər edilib.
Hazırda təyyarənin itkin düşdüyü ehtimal edilən koordinatların müəyyənləşdirilməsi və genişmiqyaslı axtarış-xilasetmə tədbirlərinin keçirilməsi istiqamətində işlər aparılır.
Qeyd edək ki, Cessna 182 meşə yanğınlarını izləyirdi.
Xuraman Etibarlı
İnterpress.аz






