TƏSİRLİ MƏNZƏRƏ: Balaları üçün canını təhlükəyə atan pişiyə xilasedicilər KÖMƏK ETDİ – VİDEObackend

TƏSİRLİ MƏNZƏRƏ: Balaları üçün canını təhlükəyə atan pişiyə xilasedicilər KÖMƏK ETDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə ana pişik balalarına qovuşmaq üçün hündürlük qorxusuna qalib gəlib.

İnterpress.аz xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Türkiyədə ana instinktinin gücünü nümayiş etdirən olduqca təsirli və maraqlı hadisə baş verib. Küçə pişiyi balalarına qovuşmaq məqsədilə dəfələrlə hündür daş divarı aşmağa çalışıb.

Heyvanın hündürlük qorxusuna baxmayaraq, israrla təhlükəli divara dırmaşmaq cəhdləri ətrafdakı insanların diqqətini çəkib.

Hadisəni fərq edən yoldan keçən vətəndaşlar dərhal çətin vəziyyətdə qalan heyvanın köməyinə tələsib və xilasetmə xidmətinə məlumat veriblər.

Əraziyə gələn xilasedicilər xüsusi nərdivanların köməyi ilə ana pişiyin hündür maneəni aşaraq təhlükəsiz şəkildə öz balalarına qovuşmasını təmin ediblər. 

Xuraman Etibarlı

İnterpress.аz