Almaniya Kansleri Fridrix Merz avqustun 10-da istefa verə bilər.
İnterpress.аz xəbər verir ki, bu barədə Almaniya KİV məlumat yayıb.
Almaniya mətbuatında yayılan məlumatlara görə, ölkənin federal kansleri Fridrix Merz yaxın günlərdə – avqustun 10-da öz rəsmi istefasını elan edə bilər.
Buna səbəb kimi hökumət başçısının cəmiyyətdəki nüfuzunun və dəstək səviyyəsinin rekord dərəcədə aşağı düşməsi göstərilir.
“Handelsblatt” qəzetinin əldə etdiyi Xristian Demokrat İttifaqının (CDU) daxili yazışmalarına əsasən, Merz rəsmən istefa vermək niyyətindədir.
Son rəy sorğuları göstərir ki, hazırda federal kanslerin fəaliyyətini əhalinin yalnız 14 faizi dəstəkləyir ki, bu da ölkə tarixində fəaliyyətdə olan kanslerlər üçün qeydə alınan ən aşağı göstəricidir.
Rəsmi sənədlərə görə, Şimali Reyn-Vestfaliya vilayətinin baş naziri Hendrik Vüst federal kanslerin ən ehtimal olunan xələfi hesab edilir.
Partiyanın mülayim qanadına aid edilən Vüst keçmiş kansler Angela Merkelin yaxın siyasi müttəfiqi kimi tanınır.
CDU rəhbərliyində hesab edirlər ki, rəhbərliyin dəyişməsi partiyanı sentyabrda keçiriləcək rəsmi parlament seçkiləri ərəfəsində stabilləşdirə və seçiciləri yenidən səfərbər edə bilər.
Hələlik nə federal kansler ofisi, nə də partiya rəhbərliyi yayılan bu iddialara rəsmi münasibət bildirməyib.
Xuraman Etibarlı
İnterpress.аz






