Marketlərdə meyvələrə və qida məhsullarına iynə batıran şəxs SAXLANILDI – VİDEObackend

Marketlərdə meyvələrə və qida məhsullarına iynə batıran şəxs SAXLANILDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada mağazalardakı meyvələrə gizlicə tikiş iynələri batıran şəxs saxlanılıb.

İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Rusiyanın Açinsk şəhərində mağazalarda qida məhsullarına və meyvələrə gizlicə iynə batıran naməlum şəxs müəyyən edilərək saxlanılıb.

Sosial şəbəkələrdə yayılan təhlükəsizlik kamerası görüntülərində həmin kişinin marketləri gəzərək rəflərdəki meyvələrin daxilinə tikiş iynələri  soxduğu əks olunub.

Yerli sakinlər və alıcılar tərəfindən böyük narahatlıq və təşvişlə qarşılanan bu təhlükəli hadisədən sonra polis əməkdaşları dərhal hərəkətə keçərək şübhəli şəxsi saxlayıblar.

Hazırda hüquq-mühafizə orqanları tərəfindən faktla bağlı təhqiqat aparılır. Saxlanılan şəxs özünün bu qorxulu və qəribə hərəkətinin hansı səbəbdən qaynaqlandığı barədə açıqlama verməkdən boyun qaçırıb.

Xuraman Etibarlı

İnterpress.аz