Ukrayna taxılını dənizdən ÇIXARA BİLMİR – Moldovadan 50% endirim İSTƏDİbackend

Ukrayna taxılını dənizdən ÇIXARA BİLMİR – Moldovadan 50% endirim İSTƏDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna taxıl ixracını xilas etmək üçün Moldovadan dəmir yolu tariflərini 50% azaltmağı istəyib.

İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Ukrayna Rusiyanın son günlər Böyük Odessa limanlarına endirdiyi zərbələrdən sonra ixrac həcminin kəskin azalması fonunda taxılın dəmir yolu ilə daşınması üçün Moldovadan tariflərin 50 faiz azaldılmasını istəyib.

Məlumata görə, Kiyev və Kişinyov hazırda dəmir yolu ilə nə qədər taxılın və hansı müddətdə daşına biləcəyini müzakirə edir.

Moldova Dəmir Yollarının keçmiş rəhbəri Oleq Tofilatın qiymətləndirməsinə görə, bu marşrutla ildə təxminən 4,5 milyon ton taxıl daşınması mümkündür.

Qeyd olunur ki, Rusiyanın limanlara hücumlarından əvvəl Ukrayna taxılının 90 faizindən çoxu dəniz limanları vasitəsilə ixrac edilirdi.

Yeni dəmir yolu marşrutunun Ukraynanın ixracını qismən qorumasına imkan verə biləcəyi bildirilir.

Xuraman Etibarlı

İnterpress.az