Sankt-Peterburqda qız parkda velosipedindən yıxıldıqdan sonra çənəsi dörd yerdən sınıb.
İnterpress.az xəbər verir ki, hadisə Rusiyanın Sankt-Peterburq şəhərində, Polyustrovski parkında baş verib.
Məlumata görə, velosiped sürən qızın qarşı təkəri yoldakı çuxura düşüb. O, sükanın üzərindən aşaraq asfaltın üzərinə yıxılıb.
Qəza nəticəsində qız bir neçə ön dişini itirib, çənəsi dörd yerdən sınıb və oynağı zədələnib.
Həkimlər sümükləri sabitləmək üçün xüsusi lövhə yerləşdirilməsi məqsədilə əməliyyat aparacaqlar.
Zərərçəkən ərazinin vəziyyəti ilə bağlı heç kimə iradının olmadığını bildirib.
O, hesab edir ki, dəbilqə və digər qoruyucu vasitələrdən istifadə etsəydi, bu qədər ağır xəsarətlərdən yayınmaq mümkün ola bilərdi.
Xuraman Etibarlı
İnterpress.az






