Dağıstanda selə düşən qızı kişi son anda XİLAS ETDİ – VİDEObackend

Dağıstanda selə düşən qızı kişi son anda XİLAS ETDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dağıstanda daşqın zamanı seldə boğulan qızı kişi xilas edib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Rusiyanın Dağıstan Respublikasının Unçukul rayonunda güclü yağışlar nəticəsində yaranan sel zamanı axına düşən azyaşlı qız kişi tərəfindən xilas edilib.

Məlumata görə, güclü yağışlar çayların məcrasından çıxmasına və ərazidə su basqınlarına səbəb olub. Bu zaman balaca qız güclü su axınına düşüb.

Hadisə yerində olan yerli kommunal təsərrüfat şöbəsi rəisinin müavini Maqomed qızı axından çıxararaq anasına və böyük bacısına təhvil verib.

Xuraman Etibarlı

İnterpress.az